Fransa və Serbiya Avropa çempionatının yarımfinalında

Fransa və Serbiya Avropa çempionatının yarımfinalında

Kişi voleybolçuların Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Serbiya - Ukrayna görüşünün qalibi tay-breykdə müəyyənləşib. Həlledici setdə üstün olan Balkan təmsilçisi yarımfinala yüksəlib.
 
Serbiyanın yarımfinaldakı rəqibi isə Fransa millisi olacaq. "Xoruzlar" çətinlik çəkmədən İtaliya yığmasına qalib gəlib.


Avropa çempionatı

1/4 final

Antverpen (Belçika)

Serbiya - Ukrayna - 3:2 (21:25, 25:23, 25:22, 19:25, 15:9)

Nant (Fransa)

Fransa - İtaliya - 3:0 (25:16, 27:25, 25:14)
 
 
Yarımfinal mərhələsinə 26 sentyabrda start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR