Avropa çempionatının qalibi müəyyənləşdi

Avropa çempionatının qalibi müəyyənləşdi
Voleybol üzrə qadınlar arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında baş tutan yarışın finalında Serbiya və Hollandiya milliləri üz-üzə gəlib. Serbiya matçı 3:1 (20:25, 22:25, 25:18, 18:25) hesablı qələbə ilə başa vuraraq qızıl medala yiyələnib. Hollandiya isə gümüş medalçı olub.
 
Bürünc medal uğrunda yarışan yığmamız bu titulu da qazana bilməyib. Belə ki, "Ay-ulduzlular" voleybolçularımızı 3:1 hesablı məğlubiyyətə uğradıb.
 
Sport7.az

Xəbər lenti