Avropa çempionatının yeri və vaxtı dəqiqləşdi

Avropa çempionatının yeri və vaxtı dəqiqləşdi

Sambo üzrə Avropa çempionatının yeri və vaxtı dəqiqləşib.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Sambo Federasiyasının rəsmi saytında məlumat yer alıb. Yarış 13 - 16 mayda Kiprin Limassol şəhərində gerçəkləşəcək.

Bütün idmançılar yarışa gəlməmişdən 72 saat əvvəl koronavirus testindən keçməlidir. Turnir sanitar qaydalara əsasən qapalı şəkildə təşkil olunacaq. Yarış gənclər arasında Avropa çempionatı ilə birlikdə olacaq.

Daha əvvəl Avropa çempionatının 21 - 23 mayda İtaliyada, gənclərin yarışının isə 16 - 18 apreldə Kiprdə təşkili planlaşdırılırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR