Avropa çempionu 5-ci liqada baş məşqçi oldu

Avropa çempionu 5-ci liqada baş məşqçi oldu
"Bavariya" ilə 3 dəfə Almaniya çempionu olan, Avro-96-da birinciliyi qazanan Almaniya yığmasının heyətində oluş Mario Basler bu gün 5 liqada "Rotveiss"in müvəqqəti baş məşqçisi olub.

Sport7.az xəbər verir ki, alman futbolunun ən istedadlı isimlərindən olan 1968 təvəllüdlü Baslerin 3 dəfə ölkə çempionluğuna rəğmən istedadının haqqını vermədiyi çox danışılır. Avro-96-da oynayan heyətdə adı olsa da zədə səbəindən oynamaq zamanı qazana bilməmişdi. 

Veteran futbolçu bu gn 5-ci liqada baş məşqçi kimi işə başlayacaq. Basler 17 komandanın iştiirak etdiyi Oberliqa Hessendə 16-cı yerdə olan "Rotveiss"in "sükanı" arxasına keçib. Onun baş məşqçilik müddəti dövrələrarası fasiləyə qədərdi.

Sport7.az

Xəbər lenti