Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - Bakıda

Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - Bakıda
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Sport7.az xəbər verir ki, hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin Unikal.org-un əməkdaşına verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur.
 





 
Sport7.az

Xəbər lenti