Avropa çempionumuzun qatili məhkəmə qarşısında

Avropa çempionumuzun qatili məhkəmə qarşısında

Şamaxıda qətl törətməkdə təqsirləndirilən Orxan Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiiləcək.

Qeyd edək ki, hadisə fevralın 1-də gecə saat 1 radələrində Şamaxının "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb. Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb. O.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ititham verilib.

Qətlə yetirilən Ruslan Surxayev idmanın sərbəst güləş növü ilə məşğul olub. O, 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR