Avropa Çempionatı Azərbaycanda

Avropa Çempionatı Azərbaycanda

21 yanvar tarixində "Olimpiya Lozannasında” (İsveçrə) Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sport7.az xəbər verir ki, iclas zamanı ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Avropa idmanının inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordeni ilə təltif olunub.

Bir gün sonra isə, elə həmin "Olimpiya paytaxtında” Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci ilin batut gimnastikası üzrə Avropa Çempionatının keçirilməsi ilk dəfə olaraq Azərbaycana həvalə edildi.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və yaradılmış idman infrastrukturu sayəsində Bakı mühüm idman yarışlarının daimi məkanına çevrilmişdir.

Təsadüfi deyil ki, 2016-cı Olimpiya ilinin idman gimnastikası (19-21 fevral) və batut  gimnastikası üzrə (5-6 mart) Dünya Kuboklarının ilk mərhələlərinin iştirakçı karvanı məhz Bakıdan start götürür. 22-24 iyul tarixində, idmançılar və ümumiyyətlə idman azarkeşlərinin Rio-De-Janeyro Olimpiya Oyunlarına qalan günləri həyəcanla saydığı bir vaxtda, şəhərimiz bədii gimnastlara hələ də Dünya Kuboku finalında bütün çıxış proqramını bir daha təkmilləşdirmək fürsəti verəcəkdir.

Azərbaycanda dəfələrlə əhəmiyyətli yarışların keçirildiyi bədii gimnastikadan fərqli olaraq, əsası 2013-cü ilin sonunda qoyulan batut gimnastikası nisbətən yeni gimnastika növüdür. Batutçumuz İlya Qrişuninin İlk Avropa Oyunları çərçivəsində bürünc medal qazandığı yarışlarda tamaşaçılar tərəfindən bu idman növünə olan böyük maraq artıq müşahidə olunurdu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR