Avropa Liqası:

Avropa Liqası: "Arsenal"dan qələbə, "Çelsi" bərabərliyə razı oldu

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Arsenal" "Valensiya"nı qəbul edib. Hesabı 11-ci dəqiqədə qonaqlar açsalar da, "topçular" oyunda geri dönüş edə bilib. Lyakazettin dublu və Obameyanqın qolu sayəsində 3:1 hesablı qələbə qazanan "Arsenal" cavab görüşü ərəfəsində üstünlük əldə edib.
 
Digər London təmsilçisi "Çelsi" isə səfərdə "Ayntraxt"la bərabərliyə razı olub - 1:1. Yoviçin qoluna "zadəganlar" Pedro ilə cavab verib.

Avropa Liqası

Yarımfinal (ilk görüşlər)

"Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:1
 
Qollar: Lyakazett (18, 26), Obameyanq (90+1) - Dyakabi (11)

Baş hakim: Kleman Türpen (Fransa)

"Arsenal Stedium", London


"Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1
 
Qollar: Yoviç (23) - Pedro (45)

Baş hakim: Karlos del Serro (İspaniya)

"Frankfurt Arena", Frankfurt
 
Cavab görüşləri mayın 9-da keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR