Avropa Liqası: 8 oyunda 22 qol - YENİLƏNIB

Avropa Liqası: 8 oyunda 22 qol -  YENİLƏNIB
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.
 
Sport7.az xəbər verir ki, mərhələnin səbirsizliklə gözlənilən görüşü "Milan"la "Arsenal" arasında baş tutacaq. 

İtaliyada baş tutacaq görüş erkən final kimi də qəbul olunur. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”la rəqib olmuş "Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva "Lokomotiv”i ilə üz-üzə gələcək.

Qalan görüşlərdə isə MOİK Fransa "Lion"unu Dortmund "Borussiya"sı "Zalsburq"u sınağa çəkəcək. Almaniyanın digər təmsilçisi "Leyptsiq" isə doğma meydanda "Zenit"lə qarşılaşacaq. 

Avropa Liqası

1/8 final, ilk oyunlar

8 mart

22:00. "Milan” (İtaliya) – "Arsenal” (İngiltərə) 0:2
(Mxitaryan, 15, Ramsi, 45)

22:00. "Atletiko” (İspaniya) – "Lokomotiv” (Rusiya) 3:0
(Saul, 22, Koşta, 47, Koke, 90)

22:00. "Borussiya D.” (Almaniya) – "Zalsburq” (Avstriya) 1:2
(Berişa, 49-p., 56, Şürrle, 63)

22:00. MOİK (Rusiya) – "Lion” (Fransa) 0:1
(Marselo, 68)

9 mart

00:05.”Latsio” (İtaliya) – "Dinamo" (Kiyev) - 2:2
(Siqankov, 52, İmmobile, 54, Anderson, 62)
 
"Marsel" (Fransa) - "Atletik" (İspaniya) - 3:1
(Okampos, 1, 57, Payet, 38, Aduriz, 45-p) 
 
"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya) - 2:1
(Bruma, 56, Verner, 77, Kriskito, 86)

00:05. "Sportinq” (Portuqaliya) – "Viktoriya” (Plzen, Çexiya) 2:0
(Montero, 45, 49)
 
Sport7.az

Xəbər lenti