Avropa Liqası: "Fənərbağça" "Zenit"i məğlub etdi

Avropa Liqası:
UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

Sport7.az-ın məlumatına görə, ilk oyun gününə bir qarşılaşma nəzərdə tutulmuşdu. Sözügedən matçda "Fənərbağça" "Zenit"i qəbul edib.
 
İstanbul təmsilçisi İslam Slimaninin ilk hissədə vurduğu yeganə qol sayəsində rəqibini məğlub edib.

Avropa Liqası

1/16 final (ilk oyunlar)

"Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya) - 1:0
 
Qol: Slimani, 21

Xəbər lenti