Avropa Liqasında 1/4 və yarımfinal cütləri məlum oldu

Avropa Liqasında 1/4 və yarımfinal cütləri məlum oldu
UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

1/4 final və potensial yarımfinal cütləri artıq məlumdu. Həmçinin Bakı Olimpiya stadionunda oynanılacaq final matçının nominal ev sahibi də açıqlanıb.


1/4 final
 
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)*

"Vilyarreal" (İspaniya) - "Valensiya" (İspaniya)

"Benfika" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

"Slaviya" (Çexiya) - "Çelsi" (İngiltərə)


* - "Arsenal" və "Çelsi" eyni şəhəri (London) təmsil etdikləri üçün "Napoli" - "Arsenal" cütünün oyun qrafikində dəyişiklik edilib. İlk matç "San-Paolo"da deyil, "Emireyts" stadionunda oynanılacaq.
 
 
Yarımfinal

"Napoli" - "Arsenal" / "Vilyarreal" - "Valensiya"

"Benfika" - "Ayntraxt" / "Slaviya" - "Çelsi"
 
 
Final
 
İkinci yarımfinal cütünün qalibi (nominal ev sahibi) - Birinci yarımfinal cütünün qalibi

 
Avropa Liqasında 1/4 final görüşləri 11-18 aprel, yarımfinal mərhələsinin oyunları isə 2-9 may tarixlərində keçiriləcək.
 
Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya stadionunda oynanılacaq.

Sport7.az

Xəbər lenti