Avropa Liqası: Pley-offda rəqiblər bir-birini tanıdı

Avropa Liqası: Pley-offda rəqiblər bir-birini tanıdı

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Sport7.az xəbər verir ki, onlayn formatda keçirilən püşkatmada qruplarında ilk iki sıranı tutmuş 24 komanda ilə yanaşı, Çempionlar Liqasından (ÇL) gəlmiş 8 klub iştirak edib. Bu komandalar iki səbətə bölünüblər. 

1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.

Avropa Liqası, 1/16 final
 
"Volfsberq” (Avstriya) - "Tottenhem” (İngiltərə)
"Dinamo” (Kiyev, Ukrayna) - "Brügge” (Belçika)
"Real Sosyedad” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə)
"Benfika” (Portuqaliya) - "Arsenal” (İngiltərə)
"Srvena Zvezda” (Serbiya) - "Milan” (İtaliya)
"Antverpen” (Beçlika) - "Reyncers” (Şotlandiya)
"Slaviya” (Çexiya) - "Lester” (İngiltərə)
"Zalsburq” (Avstriya) - "Vilyarreal” (İspaniya)
"Braqa” (Portuqaliya) - "Roma” (İtaliya)
"Krasnodar” (Rusiya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Yanq Boyz” (İsveçrə) - "Bayer” (Almaniya)
"Molde” (Norveç) - "Hoffenhaym” (Almaniya)
"Qranada” (İspaniya) - "Napoli” (İtaliya)
"Makkabi” (Təl-Əviv, İsrail) - "Şaxtyor (Donetsk, Ukrayna)
"Lill” (Fransa) - "Ayaks” (Niderland)
"Olimpiakos (Yunanıstan) - PSV (Niderland)
 
Siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR