Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Cavab görüşləri çərçivəsində "Napoli" "Arsenal"ı qəbul edib. İlk oyun "topçular"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. "Arsenal" səfərdə də rəqibini üstələyib. Lyakazettin 36-cı dəqiqədə vurduğu qol matçda yeganə olub. Beləliklə, "Arsenal" yarımfinala vəsiqəni təmin edib.
 
Yarımfinala yüksələnlər sırasında digər London təmsilçisi "Çelsi"nin də adı var. 7 qolun vurulduğu oyunda "zadəganlar" "Slaviya"nı 4:3 hesabı ilə məğlub ediblər.
 
"Valensiya" "Vilyarreal"a 2 cavabsız qolla qalib gəlib. İlk görüşdə də qələbə qazanan "yarasalar" yarımfinalçı olub. "Ayntraxt" isə doğma meydanda "Benfika" qarşısında 2:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilib. Almaniya təmsilçisi Kostiç və Rodenin qolları sayəsində mərhələ adlayıb.


Avropa Liqası

1/4 final (cavab görüşləri)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0
 
Qollar: Kostiç (37), Rode (67)
 
Baş hakim: Daniele Orsato (İtaliya)

İlk görüş - 2:4

 
"Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya) - 2:0
 
Qollar: Latorre (13), Parexo (54)
 
Baş hakim: Uilyam Kollam (Şotlandiya)

İlk görüş - 3:1


"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1
 
Qol: Lyakazett (36)
 
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya)

İlk görüş - 0:2


"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3
 
Qollar: Pedro (5, 27), Deli (10-avtoqol), Jiru (17) - Souçek (26), Şevçik (51, 55)
 
Baş hakim: Damir Skomina (Sloveniya)

İlk görüş - 1:0
 
Yarımfinal mərhələsinin oyunları 2-9 may tarixlərində keçiriləcək. "Arsenal" "Valensiya" ilə, "Çelsi" isə "Ayntraxt"la üz-üzə gələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR