Avropa Liqasının oyunu 1 dəqiqəlik sükutla başlayacaq

Avropa Liqasının oyunu 1 dəqiqəlik sükutla başlayacaq
Avropa Liqasının  1/16 final mərhələsində keçiriləcək "Srvena Zvezda" - ÇSKA matçı 1 dəqiqəlik sükutla başlayacaq. 

Sport7.az xəbər verir ki, bu barədə Rusiya klubunun "tvitter" səhifəsi məlumat yayıb. 

Bu addım 11 fevralda baş verən dəhşətli təyyarə qəzasında ölən 65 nəfərin ruhunu yad etmək üçün atılacaq. 

Qeyd edək ki, Belqradda keçiriləcək görüş bu gün Bakı vaxtı ilə 21:00-da baş tutacaq. 
 
Sport7.az

Xəbər lenti