Avropa nəhəngləri 20 yaşlı futbolçu uğrunda mübarizə aparırlar

Avropa nəhəngləri 20 yaşlı futbolçu uğrunda mübarizə aparırlar

Avropa nəhəngləri "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi heyətlərində görmək istəyirlər.

Minimum 8 klub - "Bavariya", "Barselona", "Real", "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Liverpul" və "Arsenal" Havertsin xidmətində maraqlıdı. "Sport1"-in məlumatına görə, 20 yaşlı futbolçunun transfer dəyəri növbəti yay 100 milyon avro təşkil edəcək.

Havertsin növbəti yay "Bayer" tarixinin transfer rekordunu qıracağı gözlənilir. "Bavariya"nın Leverkuzen klubu ilə əlaqələrinin yaxşı olması onların şanslarını artırır. Digər tərəfdən, alman oyunçunun "Barselona"da oynamaq istədiyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR