"Avropa Qran Prisi"nin video-bələdçisi hazırlanıb - VİDEO

Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinə hazırlıq yüksək templə davam edir.

Sport7.az xəbər verir ki, artıq yarışa bilet satışına da start verilib. Bu günlərdə yarışın baş tutacaq trasın konfiqurasiyası üzrə video-bələdçi də hazırlanıb. 

Hermann Tilkenin hazırladığı trasın keçəcəyi küçələr, bu küçələrdə yer alan tarixi abidələr, görməli yerlər ölkəmizə gələcək turistlər üçün də maraqlı olacaq. Videoçarx Media Təqib Mərkəzinin texniki, www.F-1.az saytının informasiya dəstəyi ilə hazırlanıb. Videoçarxı "Formula1" yarışılarının "İdman Azərbaycan" kanalındakı şərhçiləri Siyavuş Əliyev və Rəhim Əliyev səsləndiriblər.




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR