Avropada ilk: Köhnə mövsüm bitmədən yenisi başladı

Avropada ilk: Köhnə mövsüm bitmədən yenisi başladı

Koronaviorus pandemiyası bütün sahələrdə olduğu kimi futbolda da işləri əməllicə qarışdırıb.

Sport7.az xəbər verir ki, təqvim sıx olduğundan UEFA avrokubokların ötənilki mövsümünə yekun vurulmadan yeni mövsümə başlayıb.

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib. İlkin təsnifat mərhələsində iki görüş keçirilib. İsveçrənin Nyon şəhərindəki "Colovray Sports Centre"də meydana əvvəlcə San Marinonun "Tre Fiori" və Şimali İrlandiyanın "Linfild" komandaları çıxıb. Görüş "Linfild"in qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Bastien Heri 71-ci və Kristi Manzinqa isə 83-cü dəqiqədə vurub.

Digər qarşılaşmada isə Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubunu sınağa çəkib. Bu matçda "Drita" qalib ayrılıb. Hesabı 21-ci dəqiqədə Cevdet Şabani açıb. 29-cu dəqiqədə Emil Qarsia bərabərlik qolunu vurub. Lakin 45+3-cü dəqiqədə Hamdi Namani yekun nəticəni müəyyənləşdirib - 2:1.
Bu mərhələnin oyunlarından sonra məlum olub ki, avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə I təsnifat mərhələsinə yüksələcək.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR