Avstriya klubu millimizin üzvü ilə yolları ayırdı

Avstriya klubu millimizin üzvü ilə yolları ayırdı

Avstriya təmsilçisi "Austriya" (Klaqenfurt) 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Barış Ekincierlə yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. İcarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniya klubu "Bohum"a qayıdacaq. "Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib. 

Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib. Oyunçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim". 

Futbolçunun "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. "Austriya" turnir cədvəlində 19 oyundan sonra 37 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Rid"dən 8 xal geridədir. "Bohum" isə II Bundesliqada 35 xalla 10-cu yerdədir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR