Avstriya Qran-prisini Maks Ferstappen qazanıb

Avstriya Qran-prisini Maks Ferstappen qazanıb

"Formula 1"-də mövsümün 9-cu yarışı olan Avstriya Qran-prisinə yekun vurulub.

"Red Bull" pilotu Maks Ferstappen 1:22:01.822-lik nəticəsi ilə finişə hamıdan əvvəl çatıb. 2,724 saniyə geri qalan Şarl Lekler ("Ferrari") ikinci olub. "Mersedes" sürücüsü Valtteri Bottas isə üçüncülüklə kifayətlənib.


Avstriya Qran-prisi

Red Bull Rinq, Şpilberq

Əsas yarış

1. Maks Ferstappen ("Red Bull") - 1:22:01.822
2. Şarl Lekler ("Ferrari") +2,724
3. Valtteri Bottas ("Mersedes") +18,960
4. Sebastyan Fettel ("Ferrari") +19,610
5. Lyuis Hemilton ("Mersedes") +22,805
6. Lando Norris ("Maklaren") +1 dövrə
7. Pyer Qasli ("Red Bull") +1 dövrə
8. Karlos Sayns Cunior ("Maklaren") +1 dövrə
9. Kimi Raykkonen ("Alfa Romeo") +1 dövrə
10. Antonio Covinatsi ("Alfa Romeo") +1 dövrə
11. Serxio Peres ("Reysinq Poynt") +1 dövrə
12. Daniel Rikkardo ("Reno") +1 dövrə
13. Niko Hülkenberq ("Reno") +1 dövrə
14. Lans Stroll ("Reysinq Poynt") +1 dövrə
15. Aleks Albon ("Toro Rosso") +1 dövrə
16. Romen Qrojan ("Haas") +1 dövrə
17. Daniil Kvyat ("Toro Rosso") +1 dövrə
18. Corc Rassell ("Vilyams") +2 dövrə
19. Kevin Maqnusse ("Haas") +2 dövrə
20. Robert Kubiça ("Vilyams") +3 dövrə

Hazırda pilotların sıralamasına aktivində 197 xal olan Lyuis Hemilton başçılıq edir. Onun komanda yoldaşı Valtteri Bottas 166 xalla ikinci, "Red Bull" pilotu Maks Ferstappen isə 126 xalla üçüncüdü.

Konstruktorlar kubokunda "Mersedes" 363 xalla liderdi. 228 xala malik "Ferrari" ikincidi. İlk üçlüyü "Red Bull" (169 xal) qapayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR