Ayağı belə qırıldı - FOTO

Ayağı belə qırıldı - FOTO
Türkiyənin birinci liqasında xoşagəlməz olay yaşanıb.
 
Sport7.az xəbər verir ki, birinci liqanın 27-ci turu çərçivəsində baş tutan "Giresunspor" - "Adana Demirspor" matçında qonaqların futbolçusu Sezer Özmenin ayağı qırılıb. Futbolçu rəqib komandanın üzvü Almeyda ilə mübarizə zamanı bu hadisə ilə üzləşib. 
 
Meydanda ilk tibbi müdaxilədən sonra Özmen təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.
 
Matç "Adana Demirspor"un 2:0-lıq üstünlüyü ilə bitib.
 

 
Sport7.az

Xəbər lenti