Ayaz Quliyev Moskvada da sevindi – Vacib qələbə

Ayaz Quliyev Moskvada da sevindi – Vacib qələbə
Azərbaycanlı futbolçu Ayaz Quliyevin heyətində yer aldığı "Rostov” Rusiya Premyer Liqasında vacib qələbə qazanıb.

Sport7.az xəbər verir ki, Ayaz Quliyevin 90 dəqiqə meydanda olduğu qarşılaşmada "Rostov” "Spartak”ı 1:0 hesabıyla məğlub edib. Azərbaycanlı futbolçu digər qarşılaşmalarda olduğu kimi, bu görüşü də yüksək səviyyədə keçirib.

Bu qələbə sayəsində xalını 18-ə yüksəldən "Rostov” hazırda lider "Zenit”dən 4 xal geri qalır və 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ayaz Quliyev Moskva "Spartak”ının yetirməsidi və Rusiyanın U-21 millisinin üzvüdür.

Sport7.az
 

Xəbər lenti