Ayxan Abbasov:

Ayxan Abbasov: "Belə davam etsək xal və xallar qazana biləcəyik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov kubokun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində qarşılacaqları "Neftçi" ilə oyun haqda danşıb.

İlk görüşdə favorit rəqibini 2:0 hesabı ilə məğlub edən sumqayıtlıların çalışdırıcısı Sport7.az-a açıqlamasında bunları söyləyib: "Şükür Allaha durumumuz normaldı. Sadəcə, oyunlar arasında fasilə az idi. Zədəli futbolçularımız var. Şəhriyar Əliyevin oynamayacağı artıq dəqiqləşib, çünki ciddi zədə almışdı. Əlinin zədəsi var, oynayıb-oynamayacağı bilinmir. Əfran komanda ilə birlikdə məşq edir, ancaq onun da çıxışı sual altındadı. Səfərdə qalib gəlmişik. "Neftçi" kimi komandaya qarşı yenidən oynamaq çətin olacaq. Fikrimcə uşaqlar hansı komanda ilə oynayacağımızı bilirlər. Çempionatdan fərqli, kubok oyununda arxayınlaşmaq olmaz. Onların hücum xəttində çıxış edən futbolçulara baxsaq, məncə boşalmağa dəyməz. "Qarabağ"a 3 qol vuran komandadı. Ona görə də diqqətli olmalıyıq. Bizi çox ağır oyun gözləyir. İnanmıram ki, "Neftçi" bu görüşə ciddi yanaşmasın. Çünki "Neftçi" daim iddialı olub, "qızıl dubl" etmək istəyirlər. Həm kubok, həm də çempionatda qalib gəlmək istəyirlər. Rəqib böyük klubdu, inanmıram ki, iki cəbhədə oynamağa güclərinin çatmadığını desin. Çünki kifayət qədər oyunçuları var".

Abbasov cavab görüşündə "Sumqayıt"ın heyətində dəyişiklik olub-olmayacağı haqda bunları dedi: "Əlbəttə dəyişikliklər olacaq. Futbolçuların durumuna baxıb kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəyik".

Maraqlıdı "Sumqayıt" daha çox kuboka, yoxsa çempionata köklənməyi düşünür? Hər halda kubok avrokuboklara getmək üçün daha asan yoldu: "Demişdim ki, "Neftçi"ni keçsək bu bizim üçün böyük uğurdu. Qış fasiləsində komandanın psixoloji durumunun yaxşılaşması, özünə inamı gəlməsi üçün bu vacibdi. Bəli, favorit "Neftçi" və digər komandalardı. Qışdan sonra da bizə çətin olacaq. Yerli futbolçularla çıxış edirik. Amma futbolçuların istəyi və hər oyunda mübarizə aparması məni sevindirir. İnanıram ki, belə davam etsək gələcəkdə xal və xallar qazana biləcəyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR