Ayxan Abbasov:

Ayxan Abbasov: "Oyundan sonra futbolçularıma təşəkkür etdim"

"Mövsümün ikinci yarısında ilk görüşümüzün çətin alıncağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci hissədə üstünlüyü rəqibə verdik".

Sport7.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis qeyd edib ki, görüşün taleyini bir qolun həll edəcəyini oyunun gedişindən bilmək olardı: "Qəbələ"də də keyfiyyətli futbolçuların olduğunu bilirdik. Biz də, rəqib də vursaydı, bu oyunun taleyini bəlkə də bir qol həll edəcəkdi. Matçın gedişatı bunu göstərirdi. İkinci hissədə qolu biz buraxdıq".

Abbasov hələ çətin görüşlərin irəlidə olduğunu əlavə edib: "Bu, qış fasiləsindən sonra ilk oyunumuz idi. Hələ çətin görüşlərimiz irəlidədir. Bu oyundan sonra futbolçularıma təşəkkür etdim. Uduzuruqsa, komanda şəklində yenilirik. Növbəti qarşılaşmalara ciddi hazırlaşmalı və mübarizə aparmalıyıq".
 
Yeganə qolu 84-cü dəqiqədə Stiven Jozef-Monroz vurub. (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR