Ayxan Abbasov:

Ayxan Abbasov: "Bütün komandanın eyni fikirdə olması məni sevindirir"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov komandanın hazırlığından danışıb.

Ayxan bəy Sport7.az-a açıqlamasında Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək final matçı ilə bağlı bunları söyləyib: "Çempionatdan sonra komandaya 1 gün istirahət verildi. Hazırlıqlara başlamışıq, hələ ki, Bakıdayıq. Ayın 17-si Naxçıvana yola düşəcəyik. Hazrlıqlarımız normaldı. Zədəlilərimiz var. 2-3 gün vaxtımız qalıb. Görək onların vəziyyəti necə olacaq. Qalan hər şey qaydasındadı".

Abbasov əhval-ruhiyyənin də yaxşı olduğunu dedi: "Əhval-ruhiyyə yaxşıdı. Çempionatın son oyunları motivasiya baxımından yaxşı oldu. Həm də komanda ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Bu elə bir turnirdi ki, bəlkə də bəzi futbolçularımız ilk dəfə finalda oynayacaqlar. Əlbəttə, bunun həyəcanı var, mahiyyətini başa düşürük və normaldı. İstəyirik ki, bacardığımızı meydanda qoyaq. Naxçıvanda da oyunqabağı bir məşqimiz olacaq".

Mütəxəssis finalla bağlı heyətdə hansısa dəyişilik etməyi düşünürmü?: "Hər oyunda dəyişiklik edirik. Bütün futbolçulara güvənirəm. Əlbəttə, rəqibə görə bəzi dəyişikliklər ola bilər. Hər oyun məşqçilərlə analiz edirik. Hələ vaxtımız var, bunun üzərində işləyirik. Çalışacağıq ki, həmin an hazır olan futbolçular meydançaya çıxsın. Əsas odu ki, bunu hamı istəyir. Bütün komandanın eyni fikirdə olması məni sevindirir. Ancaq hamı oynaya bilməz. Kollektiv oyundu, inşallah inanıram ki, yaxşı olacaq. Hələ vaxta var, əsas heyəti müəyyənləşdirməmişəm. Məşqlərə baxacağıq". 

Hər klubdan Naxçıvana cəmi 40-45 azarkeş gedəcəyini nəzərə alsaq, dəstək baxımından zəiflik gözlənilir. Bəs bu komandanın çıxışına hansısa şəkildə təsir göstərə bilərmi?: "İstənilən atmosferdə oynayacağıq. Hətta, stadion boş olsa belə oynamağa məcburuq. Amma bu bir final oyunudu və arzusunda olanlar da çox idi. Sizi inandırım Sumqayıtdakı futbol azarkeşlərinin hər biri bu oyuna gəlmək istəyir. təəssüflər olsun ki, hamının ora getməsi üçün maneələr var. Yəqin ki, bizimlə oyuna gedən azarkeşlər lazımi səviyyədə dəstək verəcəklər və elə gəlməyənlərin də yerini dolduracaqlar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR