Ayxan Abbasov:

Ayxan Abbasov: "Ən azı 2 futbolçu transfer etmək niyyətindəyik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov komandanın hazırlıqları ilə bağlı danışıb.

Sport7.az xəbər verir ki, mütəəssis təlim-məşq toplanışı ilə bağlı bunları söyləyib: "Ayın 4-dən məşqlərə başlamışıq. 11-nə qədər məşqlərimiz davam edəcək. Ayın 11-i "Şüvəlan"la oyunumuz olacaq. Daha sonra Antalyaya yola düşəcəyik. İndi əsas komandanın fiziki durumuna fikir veririk. İstirahətdən sonra futbolçuların fiziki durumları bir qədər enir. Fiziki cəhətdən yüksəliş olandan sonra, 2 həftəlik əsas məşqlərimizi Antalyada keçirəcəyik.
Orda yoldaşlıq görüşlərimiz olacaq. Həm fiziki, həm də taktiki-texniki məşqlər olacaq. Qarşıdan gələn dövrələrə hazırlıq üçün  yoldaşlıq oyunlarında hər bir futbolçunu görmək istəyirəm. Fikirləşdiyimiz taktikanı futbolçulara çatdırmağa, bundan səmərəli istifadə etməyə çalışırıq. Əsas məqsədimiz komandanın fiziki hazırlığını yüksəltməkdi ki, eyni tempdə oynaya bilək".

Abbasov heyətlə bağlı planları haqda bunları söylədi: "Heyətin üzərində işləyirik. Bilirsiz ki, Adil Nağıyevi, Rəşad Əzilzlini və Aydın Bayramovu götrmüşük. Yerli bazarda boşda qalan futbolçular alınan deyildi. Bir qədər xaricdə yaşayan həmyerlilərimiz var, onlarla danışıq aparırıq. Düzdü bəzilərinin müqaviləsi olduğu üçün alınmır. Yenə də sona qədər çalışıb ən azı 2 futbolçu transfer etmək niyyətindəyik ki, sağlam rəqabət olsun. Elə böyük dəyişiklik etmək fikrimiz yoxdu. Komandadakı futbolçulara güvənirik. Onsuz da oyun üslubunda rəqibə görə bəzən dəyişikliklər edirik. Analiz edib, rəqibə uyğun heyət qururq. 3-4-cü dövrənin oyunları ilə yanaşı, kubok da var. Heyətin geniş olmasının gələcəkdə bizə faydası dəyə bilər. Göndərdiyimiz futbolçuların adlarını açıqlamışıq. Orxan Sadıqlı, Orxan Əliyev, Qvanzav Məhəmmodov bizdən ayrılıb. Qalan futbolçularla davam etmək istəyirik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR