Ayxan Abbasov:

Ayxan Abbasov: "Futbolçularımız verdiyimiz tapşırığı doğrultdular"

"Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. 
 
Sport7.az xəbər verir ki, rəqib Rumıniya klubu "Poltexnika İaşi" olub. Oyunda hesabı sumqayıtlılar açıb. 12-ci dəqiqədə Xəyal Nəcəfov fərqlənib. Rumınlar isə 48-ci dəqiqədə Michael Omahın qolu ilə hesabı bərabərləşdiriblər. Beləliklə, "Topkapı” otelinin stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 
 
Görüşdən sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib: "Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladılar ki, bu da məni razı saldı. Digər tərəfdən bu günki qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR