Ayxan Abbasov:

Ayxan Abbasov: "Həm rəqiblə, həm də küləklə mübarizə apardıq"

"Azarkeşlərə təşəkkür edirəm. Belə havada bizi tək buraxmadılar. Komandanı ruhlandırdılar. Önəmli həftə idi. Futbolçulara da təşəkkür edirəm".

Sport7.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçi Ayxan Abbasov Premyer Liqanın V turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

O, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Elə komandayıq ki, bizə çətin olacaq çempionat. Şərt qoyulub ki, gənclərə şans vermək lazımdı. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdu. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq. Məğlubiyyət də, heç-heçə də ola bilərdi. Bundan əvvəlki oyunlarda - "Səbail", "Neftçi" oyunlarında ilk hissədə qol vursaq da, sonda uduzmuşduq. Ancaq bu gün ikinci hissədə daha yaxşı oynadıq. Rəqibi öndə qarşılayırdıq. 10 nəfərlə oynamaq da asan deyil. Ancaq bu gün yaxşı mübarizə apardıq”.

38 yaşlı mütəxəssisi bildirib ki, son turlarda hakim səhvləri ilə üzləşiblər: "Bu gün hər şey başqa cür də ola bilərdi. Ancaq futbolçuların gözündəki inamı gördüm. Elə komandayıq ki, bizim üçün çətin olacaq. Gənclər arasında seçim edirik. Söz vermişəm ki, "Sumqayıt" əzmkar komanda olacaq. Sumqayıtda küləyə öyrəşmişik. Əvvəlki küləkli havalarda ikinci hissədə qol buraxmışdıq. Ancaq bu dəfə fasilədən sonra 4-5 qol epizodu yaratdıq. Bu gün həm rəqiblə, həm də küləklə mübarizə apardıq". (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR