Ayxan Abbasov: "Qalib gəlməli idik"

Ayxan Abbasov:
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Zirə" - "Qəbələ" (1:1) matçından sonra paytaxt təmsilçisinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Futbolçularımız meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Bu gün 3 xal qazanmaq istəsək də, sonda qol buraxdıq. Düzdü, qollar vura bilərdik, amma imkanlarımızdan yararlana bilmədik. Futbolçularımı sakit olmağa çağırmışdım, çünki Qəbələdəki oyunda problemlər olmuşdu. Önümüzə baxmalı və sonra qədər vuşmalıyıq. Məncə, qalib gəlməli idik. Düzdü, qol buraxdıqdan sonra irəli atıldıq, ona görə qapımızda təhlükəli vəziyyətlər yarandı. İlk hissədə penaltimiz verilmədi. Əgər qapıçı zədələnibsə, deməli, toxunuş olub".
 
- Şərti cəzanız qalsa da, bu gün aqressiv idiniz. Növbəti dəfə cəzalanmaqdan qorxmursunuz?
 
- Mən hər oyun beləyəm. Ömər Paşayev bu oyunda bir-iki dəfə xəbərdarlıq etdi. Ümumilikdə, oyun zaman heç nə göz önünə gəlmir. 
 
- Nəticə oyuna görə oldu?
 
- Məncə, qalib gəlməli idik. Düzdü, qol buraxdıqdan sonra irəli atıldıq, ona görə qapımızda təhlükəli vəziyyətlər yarandı. İlk hissədə penaltimiz verilmədi. Əgər qapıçı zədələnibsə, deməli, toxunuş olub.
 
Sport7.az

Xəbər lenti