Ayxan Abbasov:

Ayxan Abbasov: "Uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar"

"Sumqayıt" bu gün yoldaşlıq görüşü çərçivəsində Polşa təmsilçisi "Arka" ilə qarşılaşıb.
 
Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib. "Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR