Ayxan Abbasov vidalaşdı:

Ayxan Abbasov vidalaşdı: "Bu, "Sumqayıt"da son matçım idi"

Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçi postundan gedir.
 
Sport7.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan Kubokunun finalında "Qəbələ"yə Naxçıvanda 0:1 hesabıyla uduzduqları matçdan sonra "CBC Sport"a bu haqda açıqlama verib: "Bu oyunun nəticəsindən asılı olmayaraq, klub rəhbərliyi ilə qarşıdakı iki gündə görüşüm olacaq. Çox güman ki, bu, "Sumqayıt"da son matçım idi. Bir səhv oyunun taleyini həll etdi. Nəticədən asılı olmayaraq futbolularımla fəxr edirəm. Bu komanda avrokuboklara hələ hazır deyil. Bunu reallaşdırmaq üçün çox inkişaf etməliyik".

38 yaşlı Abbasov son çempionata "Zirə"də başlayaraq 3-cü turda istefa vermiş, ikinci dövrənin sonuna yaxın isə "Sumqayıt""ın "sükanı arxası"na keçmişdi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR