Ayxan Abbasovdan qələbə açıqlaması

Ayxan Abbasovdan qələbə açıqlaması
"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Futbolçular da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar".

Sport7.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Şüvəlan"a 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

"Bugünkü oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq" - deyə o bildirib.
 
Sport7.az

Xəbər lenti