Ayxan Abbasovdan qələbə şərhi

Ayxan Abbasovdan qələbə şərhi

"Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik".
 
Sport7.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova məxsusdu.

"Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın ilk turunda "Qəbələ"ni səfərdə məğlub edib. 2:0 hesablı qələbə qazanan "Sumqayıt"ın çalışdırıcısı bildirib ki, komandası tam yaxşı oynamayıb: "Üstünlüyümüz onda idi ki, rəqibin "Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, "Sumqayıt” səfərdə ilk dəfə "Qəbələ”ni məğlub etdi". (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR