Ayxan Abbasovun cəzası bəlli oldu

Ayxan Abbasovun cəzası bəlli oldu
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, komitə "Zirə"nin baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb.

Topaz Premyer Liqanın 23-cü turunda "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində A. Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən A. Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.
 
Sport7.az

Xəbər lenti