"Neftçi" "Qarabağ"ın futbolçusunu aldı

"Qarabağ"dan daha bir futbolçu ayrılıb. Sport7.az xəbər verir ki, söhbət gənc müdafiəçi Bilal Abbaszadədən gedir.

21 yaşlı oyunçu karyerasını "Neftçi"də davam etdirəcək. Bizdə olan məlumata görə, Abbaszadə ilə 1 illik müqavilənin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Bilal "Qarabağ"ın yetirməsidi. O, əsas komandaya cəlb olunsa da, forma şansı qazana bilmirdi. Abbaszadə daha çox əvəzedici komandaya kömək edirdi.

Xəbər lenti