İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.
Aktual.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hökumətə bağlı media bu təyinatı "Yusif Pezeşkianın atasının siyasətlərinin həyata keçirilməsinə yardım etmək istəyi” kimi qələmə verib.
Bir müddət əvvəl isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi də Prezident Aparatında vəzifə almışdı.
Xəbər 61 dəfə oxunub.