Millimiz Almaniyaya gedir

Millimiz Almaniyaya gedir
Milli komandamız Avropa çempionatının seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə görüşlərinə hazırlıq məqsədilə ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Sport7.az xəbər verir ki, yığmamız  Almaniyaya gedəcək.

 

Oktyabrın 2-də gecəyarısı Frankfurta yollanacaq Berti Foqtsun rəhbərlik etdiyi komandamız ayın 8-dək hazırlıq keçəcək. Bundan sonra milli çarter reysi ilə Palermoya uçacaq.

 

Qeyd edək ki, millimiz oktyabrın 10-da Palermoda İtaliyanın qonağı olacaq. Bundan 3 gün sonra isə Osiyekdə Xorvatiya ilə görüşəcək.



Sport7.az

Xəbər lenti