Rus qızlarını cəzalandıracaqlar

Rus qızlarını cəzalandıracaqlar
CAS 2008 və 2012-ci il Olimpiya oyunlarında dopinqdən istifadə etmiş yüngül atletlərin diskvalifikasiya müddətlərini müəyyən edəcək. 

Sport7.az xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Yüngül Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Beynəlxalq Olimpiya Komitəsi  son 3 ayda Rusiyalı millisinin 2008-ci il Olimpiyadasında qazandığı 6 medal aktivindən silinib. Bunlar Anna Çiçerovanın bürünc və qızıl, Mariya Abakumovanın 2 gümüş, 1 bürünc, Yekaterina Volkovayanın bürünc medallarıdır. 

İki medal isə 2012-ci il Olimpiadasından Tatyana Lısenkonun qızıl, Yenqeniya Kolodkonun gümüş medalı sılınıb.

Mətbuat xidmətindən bildirilib ki, hələki araşdırmalar aparılır. Beynəlxalq Olimpiya Komitəsi araşdırmanı yekunlaşdırdıqdan sonra sənədləri CAS-a yollayacaq və qurum hər idmançının diskvalifikasiya müddətini müəyyən edəcək. 

Qeyd edək ki, bir sıra atletlər artıq apellyasiyaya müraciət edib. 

Sport7.az

Xəbər lenti