Elnur Abdullayev üçün yubiley

Elnur Abdullayev üçün yubiley
Topaz Premyer Liqasının XII turu "İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub.

Sport7.az
xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb.

AZAL-la ev oyunundakı (3:0) yubileyi "İnter”in heyətində qeyd edən futbolçu bu klubadək "Turan”, "Bakı” (həm "Dinamo”, həm də "Bakı” adlandığı vaxt), "Neftçi”, AZAL ("Olimpik” adlandığı vaxt), "Muğan”, "Xəzər Lənkəran”, "Simurq”da da çıxış edib.

300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu "300”ü arxada qoyub.

mövsüm

klub

oyun

qol

2001/02

Turan (Tovuz)

1

0

2003/04

Dinamo (Bakı)

5

1

2003/04

Neftçi (Bakı)

2

0

2004/05

Bakı

20

1

2005/06

Olimpik (Bakı)

12

0

2005/06

Bakı

4

0

2006/07

Bakı

21

0

2007/08

Bakı

19

1

2008/09

Muğan (Salyan)

12

1

2009/10

Muğan (Salyan)

30

1

2010/11

Muğan (Salyan)

18

0

2010/11

Xəzər Lənkəran

11

2

2011/12

Xəzər Lənkəran

28

1

2012/13

Xəzər Lənkəran

26

2

2013/14

Xəzər Lənkəran

34

4

2014/15

Xəzər Lənkəran

14

1

2014/15

Simurq (Zaqatala)

13

1

2015/16

İnter (Bakı)

22

2

2016/17

İnter (Bakı)

8

0

 

Cəmi

300

18


Sport7.az

Xəbər lenti