6 gün öncə "Fənərbaxça"ya qol vuran futbolçu öldü

6 gün öncə
Türkiyənin Diyarbəkir bölgəsini təmsil edən "Amed Sportif" komandasının kapitanı Şehmuz Özer dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, təcrübəli futbolçunun idarə etdiyi maşın Elazığ yolunda uçuruma yuvarlanıb. 2 gündür itkin düşmüş sayılan Şehmuzun cansız bədəni dərəyə aşmış avtomobilin içində tapılıb.

Məlumatı "Ntv Spor"a açıqlamasında klub prezidenti Nurullah Eden də təsdiqləyib.

Karyerası əsasən 1-ci Liqa klublarıyla bağlı olan Şehmuz Özer 6 gün öncə keçirilən kubok qarşılaşmasında "Fənərbaxça"nın qapısına cavab qolunu vurmuşdu. Bu qol sayəsində "Amed Sportif" evində "Fənərbaxça"yla 1:1 hesablı bərabərlik əldə etmişdi.

36 yaşındakı futbolçu "Göztəpə"nin qapısına vurduğu qoldan sonra polis əməkdaşlarıyla qucaqlaşmasıyla da diqqət mərkəzinə düşmüşdü.

Sport7.az



Xəbər lenti