Tennis mövsümünün ilk həftəsi geridə qaldı

Tennis mövsümünün ilk həftəsi geridə qaldı
Beləliklə, 2017-ci il tennis mövsümünə "start” verildi. Həm qadın, həm də kişi tennisçlər turnirlərə qatılaraq, mövsümün ilk BD turniri olan Australian Open’ə hazırlaşırlar.

Sözsüz ki, ötən həftənin ən yadda qalan turniri Dohanın paytaxtı Qətərdə keçirilən ATP 250 seriyalı Qatar ExxonMobil Open turniri olmuşdur.
Turnirin kiçik reytinqli olmasına baxmayaraq, Endi Marrey (Böyük Britaniya) və Novak Cokoviç (Serbiya) burada iştiraklarını təsdiq edərək, hər kəsin diqqətini ehtimal olunan liderlər finalına yönəltmişdirlər.

Endi dünya lideri olaraq başladığı mövsümdə ilk turnirinə çıxır, Novak isə ötən il qazandığı titulu qorumağa çalışacaq.

Gözlənilən final baş tutur və finalda Marrey ikinci setdə 3 matç xalından qaça bilsə də, Novak 3-cü setdə matçı aktivinə yaza bilir, 6-3 5-7 6-4. Bununla da, Novak Marreyin 28 ardıcıl məğlubiyyətsizlik seriyasına son qoyur və Avstraliyada 7-ci dəfə kuboku başı üzərinə qaldırmağa iddialı olduğunu sərgiləyir.
Digər ATP turnirlərində, Brizbanda Qriqor Dimitrov (Bolqarıstan) və Çennaidə Roberto Bautisto Aqut (İspaniya) titulların sahibi olublar.

Qadınların turnirləri isə liderlərin ərkən məğlubiyyəti ilə yadda qaldı. Yeni Zenlandiyanın paytaxtı Oklandda Uilliams bacıları, Brizbanda dünya lideri Anjelika Kerber (Almaniya) və Dominika Tsıbulkova (Slovakiya), Şenjendə Aqneşka Radvanska (Polşa) və Simona Halep (Rumıniya) ərkən məğlubiyyətləri ilə tennis dünyasını təəccübləndirə bildilər.

Yalnız Karolina Plişkova (Çexiya) Brizbanda çempion olaraq, mövsümə yaxşı hazırlaşdığını sərgiləmişdir. Digər turnirlərdə, Oklandda Laura Davis (ABŞ) və Şenjendə Katerina Siniakova (Çexiya) ilk titullarını qazanmışdırlar. 

Heydər Rzayev


Xəbər lenti