"Ağabalada xüsusi bir qabiliyyət görüblər..." - VİDEO

Qısa müddətdə populyarlıq qazanan "Topçu" verlişinin 10-cu sayı izləyicilərə təqdim olunub.

Sport7.az xəbər verir ki, "Kanal13" internet televiziyasında yayımlanan proqramın aparıcı Nihat Ağasoyun bu dəfəki qonaqları "Sport7.az" saytının redaktoru Amal Abuşov və "İmarət" Azarkeş Qrupunun üzvü Elvin Əsədov olub.

Əslən Qəbələdən olan Əsədov "Qarabağ"a azarkeşlik etməsinin səbəblərindən danışıb, tribunalardakı ab-havanı dəyərləndirib.

Amal Abuşov isə "Neftçi"nin müəmmalı transfer siyasətini dəyərləndirib, hələ dekabr ayının ortalarında komandaya 9 yeni futbolçunun gətiriləcəyindən məlumatlı olduğunu qeyd edib. Bundan başqa saytımızın redaktoru "Neftçi"yə hazırda kimin rəhbərlik etdiyinin, transferləri kimin görüb-bəyənməsinin qeyri-müəyyən olmasını qabardıb.

Proqramı izləmək və daha ətraflı müzakirələrlə tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

Oxşar xəbərlər