Gələn il ölkə çempionatı tez yekunlaşacaq

Gələn il ölkə çempionatı tez yekunlaşacaq

 

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. 

Sport7.az
xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında 2017/18 mövsümündə ölkə birinciliklərinin bitmə vaxtıını müəyyənləşdirib. 

Qərara əsasən, sözügedən mövsümdə bütün çempionatlar Çempionlar Liqasının finalına qədər yekunlaşmalıdı. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər. 

Ali futbol qurumu Rusiyada keçiriləcək DÇ-2018-lə bağlı məhz bu addımı atmaq qərarına gəlib.

Qeyd edək ki, DÇ 2018 iyunun 14-dən etibarən start götürəcək. Bundan başqa FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı isə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Sport7.az

 

Xəbər lenti