"Topaz"dan ucuz və bayağı reklam

"Topaz" növbəti "reklam kampaniyasına" start verib.

Sport7.az xəbər verir ki, bir-neçə gündü mərc şirkəti mətbuatda Bakı sakininin 2 manat pul qoyuluşu etməklə 250 min udmasıyla bağlı şəkillər nümayiş olunur, məlumatlar yayılır. İddialara görə, Əlnur Bayramov yeni ilin ilk günlərində birdən-birə 5 oyunun dəqiq hesabını tapmağı bacarıb. 

Kİfayət qədər inanılmaz və fantastik görünən kuponun şəkli də paylaşılıb. Reklam xarakterli süjetə çəkilən Əlnur Bayramov "CBC Sport"da efiri vasitəsiylə aramsız çağrılşlar da edib. Maraqlıdı ki, "analiz etdim, məntiq işlətdim" deyən Bayramov birdən-birə 5 oyunun dəqiq hesabını "analiz" vasitəsiylə tapmağın məntiqi izahını və analizin üsullarını açıqlamayıb.

Ən qəribəsi odu ki, rüzünü gizlədilən qəhrəman süjetin böyük qismində hər kəsi "postayanno" "Topaz" oynamağa çağırıb. İndiki iqtisadi böhran, insanların işsizlikdən əziyyət məkdiyi bir məqamda qumara bu formada təhrik etməyin adı nədir? 



Xəbər lenti