Avropa Liqası: "Fənərbaxça" uduzdu, "Beşiktaş" uddu

Avropa Liqası:
Çempionlar Liqası həyacanı bu gün yerini qitənin ikinci dərəcəli klub turnirinə verəcək.

Sport7.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsində birdən-birə üç Türkiyə klubu mübarizə aparacaq. Maraqlıdı ki, onlardan hər üçünün rəqibi Türkiyə üçün siyasi baxımdan fərqlənən ölkələrdi. "Osmanlıspor"un rəqibi Yunanıstan, "Fənərbaxça"nın Rusiya, "Beşiktaş"ın isə İsrail klubudu.

Qrup mərhələsində Azərbaycan təmsilçilərinə rəqib olmuş komandaların oyunları da maraq doğurur. J qrupunda "Qarabağ”ı qabaqlayan "Fiorentina” və PAOK komandalarının rəqibləri Almaniya təmsilçiləridir. Florensiyalılar Münhenqladbax "Borussiya”sının qonağı olacaq. Saloniki komandası isə "Şalke”ni qəbul edəcək.

"Qəbələ”nin keçmiş rəqiblərinə gəlincə, "Sent-Etyenn”i İngiltərədə "Mançester Yunayted”lə çətin sınaq gözləyir. "Anderlext” isə Rusiyanın "Zenit” komandasını qəbul edəcək.

UEFA Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

16 fevral


"Krasnodar” (Rusiya) – "Fənərbaxça” (Türkiyə) - 1:0

Qol: Klaeson, 4

 

"Astra” (Rumıniya) – "Genk” (Belçika) - 2:2

Qollar: Budesku, 43, Seto, 90 - Kastanye, 25, Trossard, 83

 

"Alkmaar” (Hollandiya) – "Lion” (Fransa) - 1:4

Qollar: Cahanbaxş, 68 - Trusart, 26, Lakazet, 45, 57, Ferri, 90+5

 

"Borussiya” (Mönhenqladbax, Almaniya) – "Fiorentina” (İtaliya) - 0:1

Qol: Bernardeski, 44

 

"Selta” (İspaniya) – "Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Leşuk, 27

 

 

"Rostov” (Rusiya) – "Sparta” (Çexiya) - 4:0

Qollar: Mevlya, 15, Poloz, 38, Noboa, 40, Azmun, 68

 

"Gent” (Belçika) – "Tottenhem” (İngiltərə) - 1:0

Qol: Perbet, 59

 

"Ludoqorets” (Bolqarıstan) – "Kopenhagen” (Danimarka) - 1:2

Qollar: Keseru, 81 - Anşe, 2 (öz qapısına), Tutu, 53

 

"Olimpiakos” (Yunanıstan) – "Osmanlıspor” (Türkiyə) - 0:0

 

"Anderlext” (Belçika) – "Zenit” (Rusiya) - 2:0

Qollar: Açemponq, 5, 31

 

"Atletik” (İspaniya) – APOEL (Kipr) - 3:2

Qollar: Efrem, 38 (öz qapısına), Aduriz, 61, Villiams, 72 - Efrem, 36, Ciannotas, 89

 

"Hapoel” (Beer-Şeva, İsrail) – "Beşiktaş” (Türkiyə) - 1:3

Qollar: Barda, 4 - Villiam, 42 (öz qapısına), Cenk, 60, Atiba, 90+3

 

"Legiya” (Polşa) – "Ayaks” (Hollandiya) - 0:0

 

"Mançester Yunayted” (İngiltərə) – "Sent-Etyenn” (Fransa) - 3:0

Qollar: İbrahimoviç, 15, 75, 88 (pen.)

 

PAOK (Yunanıstan) – "Şalke” (Almaniya) - 0:3

Qollar: Burqstaller, 27, Mayer, 82, Huntelaar, 90

 

"Vilyarreal” (İspaniya) – "Roma” (İtaliya) - 0:4

Qollar: Emerson, 32, Ceko, 65, 79, 86


 
Sport7.az

Xəbər lenti