Daha bir klub dağılır - Azərbaycanda

Daha bir klub dağılır - Azərbaycanda
Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq. 

Sport7.az xəbər verir ki, buna səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır. Bu barədə "Report" məlumat yayıb.

O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası "Azəryol"un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.

Qeyd edək ki, hazırda "Azəryol" Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb. 

Sport7.az

Xəbər lenti