Alp dağlarında növbəti faciə - 5 alpinist öldü

Alp dağlarında növbəti faciə - 5 alpinist öldü
Alp dağlarında növbəti faciə baş verib. 

Sport7.az xəbər verir ki, İtaliyaya aid olan hissədə beş alpinist ölüb, bir nəfər xəsarət alıb.

Hadisəyə buzlağın bir hissəsinin çökməsi səbəb olub. 

"Ria Novosti"nin yaydığı xəbərə görə, bir qrup alpinist Fransa ilə sərhəddə olan Vale-Daosta vilayətindəki dağa çıxmaq istəyib. Dağ yamacındakı buz onların üzərinə düşüb. Nəticədə 5 alpinist ölüb, biri xəsarət alıb. Xəsarət alan alpinist helikopterlə ərazidən uzaqlaşdırılıb. 

Qeyd edək ki, biir neçə gün əvvəl də Alp dağlarında hadisə baş verib.  İdmançılar arasında insident zamanı dörd alpinist ölüb. 

Sport7.az

Oxşar xəbərlər