"Son zamanlar görürəm ki, bəziləri "xətdən" kənara çıxıblar" - Elvin Qurbanov

Fevralın 19-da Qəbələdə baş tutacaq "Qəbələ" - "Qarabağ" matçı böyük səbirsizliklə gözlənilir. Bəs liderlərin "savaşın"a yerli, yəni "Qəbələ" azarkeşləri necə hazırlaşıb?

Sport7.az olaraq bu suallara cavab tapmaq üçün "Qəbələ"nin "Red Blak" fanklubunun üzvü Elvin Qurbanovla danışdıq:

"Oyuna necə lazımdı hazırlaşmışıq. Ümid edirik ki, 3 xalı komandamız alacaq. 

Rəqibə psixoloji təzyiq üçün hələ ki, seçimlər edirik. Bir neçə fikir var. Ən azı 3 pankart açılacaq. Bundan başqa fakel filan, necə lazımdı azarkeşlik olacaq. Düzdü, fakelə icazə verilmir. Amma icazə verilsə də verilməsə də olacaq (gülür). 90 dəqiqə komandamızın arxasında durmağa hazırıq. 

İstəmərik "Qarabağ" azarkeşləri ilə aramızda narazılıq olsun. Çünki onların arasında yaxşı münasibətdə olduğumuz, dostluq etdiyimiz insanlar çoxdu. Elələri var tanımırıq, təzə-təzə peyda olub. "Feysbuk"da "Qarabağ" azarkeşinə yaraşmayan sözlər işlədirlər. "Belə edəcəyik, elə edəcəyik, "Qarabağ" uduzsa özümüzə cavabdeh deyilik" kimi sözlər danışırlar. Hamısı boş-boş söhbətlərdi. İnanıram ki, o sözləri yazanlar biz tanıdığımız "Qarabağ" azarkeşləri deyil. Amma birdən nəsə olarsa "Qəbələ" azarkeşi onun cavabını verər. O cür mübarizəyə qalsa, "Neftçi" azarkeşləri iki ildən çox idi Qəbələyə gəlmirdi. Amma bizim azarkeşlərimiz Bakıya gedirdi. İstəmərik azarkeşlər arasında belə narazılıqlar olsun. Amma son zamanlar görürəm ki, həqiqətən bəziləri "xətdən" kənara çıxıblar.

Həqiqətən komandalar arasında da çox gərginlik yaranıb. "Zirə" ilə oyuna baxdıq. Oyundan sonra "Zirə"nin futbolçuları elə sevinirdi, sanki kuboku qaldırıblar. Bilmirəm "Qəbələ" güclüdü deyə belə edirlər, yoxsa hər hansı istəklərinə nail olublar. Hər halda nəinki sevinməlidilər, əksinə üzülməlidilər ki, öz evlərində "Qəbələ"dən bir xal alıblar. 

Təbii ki, "Qəbələ"li azarkeşlər heç bir rəqib həmkarına qarşı pis hərəkət etməyib. Kimsə deyə bilməz ki, onları pis qarşılamışıq. Ola bilər tribunada oyunun ab-havasın yaxşılaşdırmaq, şirinləşdirmək üçün hansısa atmacalar atsınlar. Amma kimsə nə vaxtsa bizim azarkeşin üstünə gəlibsə cavabını alıb. Düzdü "Qarabağ"ın azarkeşləri özlərinə görə çılğındı, amma Qəbələdə heç nə edə bilməzlər (gülür)".

Sport7.az

Xəbər lenti