"Qəbələ" əzəli rəqibimiz deyil" - "İmarət"in üzvü

Premyer-liqanın ən maraqlı oyunlarından biri bazar günü Qəbələdə baş tutacaq.

Turnir cədvəlinin lierləri "Qarabağ"la "Qəbələ"nin üz-üzə gələcəyi oyun ətrafında həm maraq həm də ajiotaj böyükdü. Bəs ağdamlı azarkeşlər görüşə necə hazırlaşıb?

Sport7.az olaraq bu suala cavab tapmaq üçün "İmarət" azarkeş klubunun idarə heyətinin üzvü Elnur Quliyevlə danşdıq.

"Təxminən 60-70 üzvümüzü göndərəcəyik həmin oyuna. Qarşı tərəfin ata biləcəyi addımlarla bağlı tədbirlərimizi görmüşük. Oyun zamanı da pankart açacağıq. Amma nə yazıldığın oyundan əvvəl açıqlamaq düzgün deyil. Çalışacağıq sağlam rəqabət olsun, təxribata yol verilməsin. İnşallah hakim qərarlarında da qərəz olmaz. 

Dəfələrlə demişəm, indi də qeyd edirəm. "Qəbələ"ni epizodik rəqib kimi qəbul edirik. Əzəli rəqibimiz deyil. Klubu deyə bilmərəm, amma azarkeşlər onları ciddi rqib kimi qəbul etmir. Xüsusən də qəbələli azarkeşlərlə dost münasibətində olmuşuq, aramıza heç vaxt problem yaranmayıb. Əzəli rəqibimiz "Neftçi"di. Ümumiyyətlə səfərlərlə bağlı üzvlərimizə həmişə tapşırırıq ki, təxribatdan çəkinsinlər. Azarkeş mövqeyimizi qorumaqla bərabər aqressiv addımlar atmasınlar. Qəbələlilər Azərbaycanda ən tolerant insanlardandı. İnanmıram ki, qıcıqdoğurucu şüar səsləndirsinlər. Hər halda olsa belə adekvat addım atacağıq.

"İnstaqram"da yazdığımız "Qarabağ" uduzsa təhlükəsizliyə təminat vermirik" sözlərinə gəlincə, PFL-in mətbuat atibi Aslan Şahgəldiyev öz səhifəsində yazmışdı. Onu şəxsən tanıyıram, bilirəm ki zarafat xarakterli statusdu. Bizi uşaqlar da ondan götürüb yazıblar. Bütün hallarda "Qəbələ" azarkeşləri ilə rəqib ola bilərik, hansısa rəaqabət mümkündü. Amma aramızda problem yoxdu".

Sport7.az

Oxşar xəbərlər