"Futbolda belə şeylər olur" - "Qarabağ"ın qapıçısı

"Səbail"in yeni qapıçısı Emil Balayev də MOİK-lə oyunda debüt edən oyunçular arasında idi.

Sport7.az
xəbər verir ki, bu klubda icarə əsasında çıxış edən "Qarabağ"ın qolkiperi oyundan sonra jurnalistlərə açıqlama verib.

"Komandaya yanvarın 14-də qoşulmuşam. Artıq "Səbail"ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Mehriban kollektivimiz var.

"Qarabağ"da idim. Sonra məsləhət oldu ki, icarə əsasında "Səbail"də çıxış edim. Keçmişə nəzər salsaq, "Araz Naxçıvan"dan "Neftçi"yə qayıtmış, sonra da "Ayntraxt"a yollanmışdım. Futbolda belə şeylər olur. "Səbail" mənim üçün böyük bir təcrübədir.

"Səbail"in uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Qiymətləndirməni isə məşqçilər korpusu verir.

Sport7.az

Oxşar xəbərlər