Qəbələyə hansı hakim yollanır? - SON DƏQİQƏ

Qəbələyə hansı hakim yollanır? - SON DƏQİQƏ
Bazar günü Qəbələdə keçiriləcək turun mərkəzi görüşünün hakimi bəlli olub.

Sport7.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, "Qəbələ"ylə "Qarabağ" arasındakı prinsipial oyunun hakimi Fariz Yusifov olacaq. Əliyar Ağayev ötən tur "Qəbələ"nin, Ömər Paşayev isə "Qarabağ"ın oyununda söz sahibi olub. Digər FİFA referisi Rəhim Həsənov isə bu gün Tovuzda keçirilən "Turan Tovuz” - "Zaqatala” oyununda yetərincə güc itirib.

Belədə Hakimlər Komitəsi seçimini təcrübəli Fariz Yusifovun üzərində saxlayıb. Mərkəzi oyundan Yusifovun təcrübəli və soyuqqanlı idarəçilik sayəsində üzüağ çıxacağı gözlənilir.

Son anda nəsə dəyişməsə, sabah elan olunacaq təyinatlar siyahısında Fariz Yusifovun adı "Qəbələ" - "Qarabağ" qarşılaşmasının önündə yazılacaq.

Sport7.az

Xəbər lenti